“Azarkeşlər olacaqsa, Çempionlar Liqasının finalının yanvarda keçirilməsinə razı olaram".

Offsideplus.az xəbər verir ki, bu sözləri açıqlamasında UEFA prezidenti Aleksandr Çeferin deyib.

Qurum rəsmisi turnirin bu mövsümlük ləğv oluna biləcəyi ehtimalının olduğunu da bildirib:

"Amma bunu bilmirik. Hər günü durumu izləyirik. İndi vəziyyət yaxşıya doğru gedir. Hər şeyin qaydasına düşməsi üçün müsbət enerji və müsbət düşüncəyə sahib olmalıyıq. Ümumilikdə isə təqvimdə dəyişikliklər olacağını gözləmirəm. Təqvim onsuz da sıxdır. Bir neçə günü dəyişə bilərik”.