Avropa Liqasının 1/8 mərhələsində Rusiyanın "Lokomotiv" klubu ilə matçdan öncə İspaniyanın "Atletiko Madrid" klubunun mağazası qarət olunub.

Offsideplus.az xəbər verir ki, "Vanda Metropolitano" stadionunda yerləşən mağazadan 4 naməlum şəxs oğurluq edib.

Oğrular mağazadan polo köynəklər, şərflər və digər əşyalar götürüblər. Cinayətkarlar mağazaya oğurluq avtomobillə daxil olub və hadisə yerindən qaçıblar.

Mənbə: "Report"