UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda “Liverpul səfərdə “Zalsburq”u 2:0 hesabı ilə məğlub edərək 13 xalla qrup lideri kimi 1/8 finala yüksəlib.
Offsideplus.az xəbər verir ki, "qırmızılar" bu qələbə ilə 2008-ci ildən sonra ilk dəfə ÇL-də ardıcıl iki səfər matçından qələbə ilə ayrılıblar.
Xatırladaq ki, “Liverpul” ÇL-da öncəki səfər matçında da Belçikanın “Genk” klubuna 4:1 hesabı ilə qalib gəlmişdi.