Çempionlar Liqasında qrup mərhələsinin V turunda "Zalsburq"un səfərdə "Genk"i məğlub edib.

Offsideplus.az xəbər verir ki, "Zalsburq"un səfərdə "Genk" üzərində böyükhesablı qələbəsində (4:1) mühüm rol oynayan hücumçu Erlinq Holand yenə fərqlənməyə macal tapıb. Bununla o, qrup mərhələsində ardıcıl 5-ci matçı da qolsuz keçirməyib. 19 yaşlı hücumçu Çempionlar Liqası tarixində bu göstəriciyə imza atan ən gənc oyunçu olub.