"Barselona"nın futbolçusu Lionel Messi Çempionlar Liqasında növbəti rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, argentinalı hücumçu Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda Dortmund "Borussiya"sı ilə matçda (3:1) buna nail olub. Kataloniya təmsilçisinin ikinci qolunun müəllifi olan argentinalı hücumçu turnirdə 34 fərqli kluba qol vuran ilk futbolçu olub.
O, bu göstəricidə Kriştiano Ronaldo və Raul Qonzalesi (33 klub) geridə qoyub.
Qeyd edək ki, "Borussiya" ilə oyun Messinin 700-cü matçı olub.