PSJ-nin baş məşqçisi Tomas Tuhel dünən Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray”la keçirilən oyunda turnirin tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, görüşün baş hakimi Şimon Marçinyak  matçın 39-cu dəqiqəsində onun qərarına sərt şəkildə etiraz etdiyi üçün almaniyalı mütəxəssisə sarı vərəqə göstərib.  Bununla da Tuhel ÇL-də sarı vərəqə alan ilk baş məşqçi olub.

Qeyd edək ki, Çempionlar Liqasının oyunlarında texniki zonada olanlara sarı vərəqə göstərilməsi qərarı bu mövsümdən etibarən FIFA tərəfindən verilib.