UEFA prezidenti Aleksandr Çeferin Çempionlar Liqasının gələn mövsümü ilə bağlı danışıb.

Offsideplus.az Apasport.az-a istinadən xəbər verir ki, o, yeni mövsümdə videotəkrar sistemindən (VAR) istifadə edilməyəcəyini bildirib:

“Biz gələn mövsüm bu turnirdə VAR-dan dəqiq yararlanmayacağıq. Əslində, mən bu sistemin əleyhinə deyiləm. Amma biz VAR-ın necə işlədiyini hamıya, əsasən də azarkeşlərə başa salmalıyıq. Bu məsələdə Rusiyadakı dünya çempionatı əla fürsət olacaq. VAR yaxşı layihə ola bilər. Amma hələ tələsməyək”.