Dünən Çempionlar Liqasında Kriştiano Ronaldonun PSJ-nin qapısına vurduğu penalty zərbəsi birmənalı qarşılanmayıb.

Offsideplus.az xəbər verir ki, Ronaldonun topu azca havaya qaldırıb zərbə endirməsini sabiq futbolçular Qari Lineker və Rio Ferdinand “BT Sport”da şərh edib.

Ferdinand Ronaldonun daha öncə “Mançester Yunayted”də oynayarkən məşq zamanı da eyni formada zərbə vurduğunu xatırladığını deyib. O, hətta söylədiyinin həqiqət olduğunu sübut etmək üçün and içib. Ferdindand Ronaldonun hərəkəti sadəcə “dəlilik” adlandırıb.

Q.Lineker isə “Ronaldo əgər bilərəkdən bunu edibsə, bu ona məxsus bir hərəkət kimi yaddaşlarda qalacaq” deyə bildirib.

Lineker-Ferdinand-McManaman-799417.jpgrue15c766871f.jpg