Fransa kubokunun "Strasbourq"la oyununda (2:0) zədələnən PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Yunayted"ə qarşı oyunları buraxacaq.
Offsideplus.az xəbər verir ki, futbolçunun zədə səbəbindən 2,5 ay oynamayacağı dəqiqləşib.
Xatırladaq ki, O, ötən il 5-ci metatarsal sümüyün qırılmasından əziyyət çəkmişdi. Neymar oxşar zədə səbəbindən ötən il mövsümün qalan hissəsini və ÇL-yə hazırlığı buraxmalı olmuşdu.