Çempionlar Liqasının qrup mərhələsinin son turunda doğma meydanda Moskva ÇSKA-sına 0:3 hesabı ilə uduzan "Real"da görünməmiş olay yaşanıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın gedişində meydanı tərk edən Marselona kapitan sarğısını İskoya vermək istəyib. Amma futbolçu sarğını qəbul etməyib. Bu səbəbdən Marselona sarğını Dani Karvahala verərək meydanı tərk edib.
 
Olayla bağlı açıqlama verən Marselo "Sarğını İskoya verməyə çalışdım, amma onu Karvahala verməyimi istədi. Bunun səbəbini bilmirəm" deyib. 
 
"Real"da kapitanlıq sıralaması futbolçunun klubda oynadığı müddətə görə hesablanır. Hazırda sıralama belədi: Serxio Ramos, Marselo, Kərim Benzema, Rafael Varan, Naço və Luka Modriç. Bu futbolçulardan ÇSKA matçında yalnız Marselo və Benzema ÇSKA matçında meydanda olub. Benzema Marselodan öncə meydanı tərk etdiyindən sıranın İskoda olduğunu düşündüyü üçün sarğını ona təklif edib. 
 
İsko 3 iyun 2013, Karvahal isə 5 iyun 2013-cü ildən "Real"da çıxış edir. Bu səbəbdən də Marselo sarğını İskoya verməkdə haqlı olub. 
 
Məlumata görə, İskonun baş məşqçi Santiyaqo Solari ilə problemləri var. Baş məşqçinin olduqca az oynamaq şansı verdiyi futbolçu komandanı tərk etmək istəyir.
 
Fanat.Az