"Şalke"nin futbolçusu Rabbi Matondo "Real Madrid"in maraq dairəsinə düşüb.

Offsideplus.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı hücumçu Madrid klubunun baş məşqçisi Zinəddin Zidanın diqqətini çəkib. Bildirilib ki, bu transfer gənc oyunçularını heyətinə qatmağı planlaşdıran "Real"ın strategiyasına uyğundur.

Qeyd edək ki, R.Matondonun "Şalke" ilə müqaviləsi 2023-cü ilin yayında başa çatır.