UFC çempionu Həbib Nurməhəmmədov vətənində mükafatlandırılıb.

Offsideplus.az  xəbər verir ki, Həbib Dağıstanın ən ali mükafatına layiq görülüb. O, “Dağıstan Respublikasına xidmətlərinə görə” ordeni ilə təltif edilib. Onun atası Abdulmanala isə “Dağıstan Respublikasında bədən tərbiyəsi və idman sahəsində xidmətlərinə görə” medalı verilib.

Mükafatı Dağıstanın rəhbəri Vladimir Vasilyev təqdim edib. Vasilyev mükafatlandırma mərasimində deyib:

"Həbib Dağıstanın və Rusiyanın qürurudur. Yəqin ki, indi Rusiyada ən populyar baş geyimi papaqdır”.