Gənc boksçulardan ibarət Azərbaycan milli komandası tarixi uğura müvəffəq olub.

Offsideplus.az xəbər verir ki, yığmamız Monteneqronun Budva şəhərində keçirilən dünya çempionatında seçilib. 

Baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında millimizin beş boksçusu mundialın yarımfinalına yüksəlib. Bilalhəbaşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev (63,5 kq) və Aynur Mikayılova (57 kq) 1/4 final mərhələsini qələbə ilə tamamlayıblar. Bu nəticə ilə yığmamız yarışda beş mükafat əldə edib.

Daha öncə isə rekord 2004-cü ildə nəzərə çarpmışdı. Belə ki, 20 il əvvəl 4 boksçumuz yarımfinala adlayıb.