ABŞ-ın Nevada ştatının Atletika komissiyası UFC 229 turnirində irlandiyalı idmançı Konor Makqreqor üzərində qələbə qazanan rusiyalı Həbib Nurməhəmmədovun qazandığı mükafatı özündə saxlayıb.

Offsideplus.az xəbər verir ki, UFC-nin rəhbəri Deyna Uayt Həbibin cəzalandırılacağını bildirib:

“Onlar pulu müsadirə ediblər və mükafatı Həbibə verməməyi düşünürlər. O, bütün məbləği götürə bilməyəcək. Həbib çempionluq kəmərini saxlayacaq, ancaq 4-6 ay müddətinə diskvalifikasiya ediləcək”.

Makqreqor üzərindəki qələbədən sonra Nurməhəmmədov 2 milyon dollar və yayımın satışından hissə qazanmalı idi.