Bu gün Azərbaycanın daha bir taekvondoçusu Bakıda keçirilən dünya çempionatında medalsız qalıb.

Offsideplus.az xəbər verir ki, 65 kq çəki dərəcəsində Xanoğlan Kərimov 1/64 final mərhələsində portuqaliyalı Alfredo Martinslə dueldən qalib ayrılıb.

İdmançı növbəti raundda Zakariya Muhammed Qalini (Səudiyyə Ərəbistanı) məğlub edib. Kərimov 1/16 finalda Tobias Hittelə (Danimarka) uduzaraq mübarizəni dayandırıb.

Dünya çempionatı iyunun 4-də yekunlaşacaq. Daha əvvəl Azərbaycanın 6 taekvondoçusu mundialı medalsız başa vurub.