Kişi və qadınlardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında 10-cu turun görüşlərini keçirəcəklər.

Offsideplus.az xəbər verir ki, komandalarımız bu dəfə Ermənistanla qarşılaşacaq.

Kişilər

Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan

Qədir Hüseynov – Hrant Melkumyan

Vasif Durarbəyli – Manuel Petrosyan

Nicat Abbasov – Robert Hovanisyan.

Qadınlar

Ermənistan – Azərbaycan

Elina Danielyan – Günay Məmmədzadə

Lilit Mkrtçyan – Xanım Balacayeva

Anna Sarqsyan – Gövhər Beydullayeva

Susanna Qaboyan – Gülnar Məmmədova

Qeyd edək ki, bu nəticəyədək Azərbaycanın kişilərdən ibarət millisi 14 xalla 7-ci, Ermənistan 15 xalla 3-cüdür. Qadın yığmamız 14 xalla 9-cu, Ermənistanın qadın komandası isə 14 xalla 6-cı pillədə yer alır.