Bu gün İtaliyanın paytaxtı Romada güləş üzrə U-17 dünya çempionatına start verilib.
Offsideplus.az xəbər verir ki, yarışın ilk günündə 5 çəki üzrə yunan-Roma güləşçiləri mübarizəyə başlayıb.
Fəraim Mustafayev (55 kq) misirli Hüseyn Hasaneynə (8:0), gürcü Saba Surmanidzeyə (tuşe) vaxtından əvvəl qalib gələrək yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda iranlı Seyid Azərşabı 9:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Fəraim həlledici görüşdə hindistanlı Suraj Suraj ilə üz-üzə gələcək.
İsmayıl Rzayev (80 kq) polşalı Voyçieş İvanovski (5:0), macar Oliver Kovaç (4:1) və serbiyalı Branko Dukiç (7:2) üzərində əldə etdiyi qələbələrlə adını yarımfinala yazdırıb. O, yarımfinalda iranlı Seyid Azərşaba 9:0 hesabıyla qalib gələrək dünya çempionatının finalına yüksəlib. İsmayıl finalda türkiyəli Alperen Berber ilə qarşılaşacaq.
48 kq çəki dərəcəsində yer alan Səid Xəlilov, 65 kq-dakı Əli Əlizadə və 110 kq-da çıxış edən Məzahim Mərdanov isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, medallar uğrunda həll edici görüşlər sabah baş tutacaq.