Daha bir boksçumuz Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, 86 kq-da çıxış edən Alfonso Dominges 1/16 finalda AIBA bayrağı altında yarışan Tavfiqulla Suleymani ilə qarşılaşıb.

İlk raundda rəqibini 2 dəfə noqdauna salan Kuba əsilli idmançı yekunda 5:0 hesablı qələbə qazanaraq adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bunadək Azərbaycan boksçularından Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) ilk görüşlərini qələbə ilə başa vurublar. Ümid Rüstəmov (57 kq) və Rauf Rəhimov (92 kq) isə uduzaraq yarışla vidalaşıblar.