Azərbaycanın sərbəst güləş yığması Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda ümumi komanda hesabında 91 xalla üçüncü yeri tutub.

Offsideplus.az xəbər verir ki, sərbəst güləşçilər turnirdə ümumilikdə 2 medal qazanıblar. Əhmədnəbi Qvarzatilov (61 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medala sahib çıxıb.

Rusiya 210 xalla birinci, Türkiyə isə 104 xalla ikinci pillədə yer alıb.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.