Karyerası boyunca çıxdığı 28 döyüşün hamısında qalib gələn Həbib Nurməhəmmədov ötən gün Castin Qetjini məğlub edərək qələbə sayını 29-a çatdırdı. Zəfərin ardından isə karyerasına son verdiyini bildirdi...

Offsideplus.az xəbər verir ki, Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov anasına verdiyi  sözə görə karyerasını bitirdiyini açıqlayıb. İyul ayında atasını itirə Həbib, indi anasının yanında olmaq və qayğısına qalmaq istədiyini qeyd edib.

"Anam, mənim atam olmadan döyüşməyimi istəməzdi. Ona söz verdim ki, bu, son döyüşümdür. Söz verdim və buna əməl etməliyəm. Bu, UFC-də son döyüşüm idi", - Nurməhəmmədov deyib.

Xatırladaq ki, Həbibin atası bu ilin iyul ayında yeni növ koronavirusa yoluxaraq vəfat etmişdi.