Mütləq Döyüş Çempionatının (UFC) çempionu, rusiyalı Həbib Nurməhəmmədov və amerikalı Toni Fergüson arasındakı döyüş koronavirusla əlaqədar yaranan vəziyyətə görə ləğv ediləcək.

Offsideplus.az xəbər verir ki, bu qərarı Həbib Nurməhəmmədov “SportBox”a açıqlamasında bildirib: “Mən Rusiyadayam və məşqlərimi davam etdirirəm. Ölkəmdə karantin vəziyyəti elan edilib. Bu səbəbdən ölkəni tərk edə bilmirəm. Düşünürəm ki, dünyada baş verən hadisələr bitməyincə bizim döyüşümüz baş tutmayacaq”.

Qeyd edib ki, H.Nurməhəmmədov və T.Fergüson arasında yüngül çəkidə çempionluq kəməri uğrunda mübarizə bu il aprelin 19-da Nyu-Yorkdakı “UFC 249” turniri çərçivəsində keçirilməli idi.