Rusiyanın əməkdar artisti Stanislav Sadalskiy UFC çempionu Həbib Nurməhəmmədova cavab verib. 

Offsideplus.az xəbər verir ki, Həbib "Kişi ovu” tamaşasında açıq-saçıq səhnələr olduğu üçün tənqidi fikirlər səsləndirmişdi. Stanislav "instaqram” səhifəsində belə yazıb: 
"Dram tamaşalarına diqqət göstərdiyi üçün Həbibə sağ ol düşür. Ancaq məsələ odur ki, Həbib özü rinqdə yarıçılpaq qaçır. 
Zəhmət olmasa, hakimlərdən tələb et ki, bütün döyüşçülər heç olmasa köynək geyinsinlər. Dövlət Duması da bu məsələni təcili surətdə araşdırmalıdır”.