Yüngül çəkidə rusiyalı Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Qazaxıstan televiziyasında "The Nomads" realiti-şousunun aparıcısı olacaq.

Offsideplus.az "Bnews.kz" saytına istinadən xəbər verir ki, təşkilatçılar çəkilişlərə bu ilin mayında başlamağı planlaşdırırlar. Layihənin iştirakçıları isə müxtəlif ölkələrdən olan idmançılar və olimpiya çempionları olacaq. Onlar idman sınaqlarından və Qazaxıstan ənənələrinə dair bilgilərin yoxlanılması ilə bağlı müsabiqələrdən keçməlidirlər.

Qeyd edək ki, UFC 29 yanvarda Həbib Nurməhəmmədovu 9 aylıq diskvalifikasiya edib.