UFC çempionu Həbib Nurməhəmmədovun təsviri olan pul buraxılıb. 

Offsideplus.az  xəbər verir ki, 10 rubulluq sikkəni Rusiya Mərkəzi Bankı buraxıb. Həbib və atası sikkələrin şəklini sosial şəbəkədə yayıblar. 
Sikkənin arxa tərəfində Həbibin sevimli frazası "Allahın qüdrəti hər şeyə qadirdir” yazılıb və onun Konorla döyüşündən təsvir yerləşdirilib. 
Artıq internet qaynaqlarında bu sikkələrin satışı da aparılır. Həbib Makreqora ötən ilin oktyabrın 7-də qalib gəlib.