Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilir.

 Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi "Tondela" "Mafra" ilə üz-üzə gəlib. İlk matçda 3:0 hesabıyla qalib gələn həmyerlimiz komandası ikinci oyunda da heç-heçə 1:1 etməklə finala yüksəlib.

Dadaşov bu oyunda 55 dəqiqə meydanda olub.

Qeyd edək ki, "Tondela"nın finaldakı rəqibi "Portu" - "Sportinq" cütünün qalibi olacaq.