Futzal üzrə Yüksək Liqada 4-cü turun iki oyunu keçirilib. 

Offsideplus.az xəbər verir ki, ilk oyunda EKOL debütant üzərində asan qələbə qazanıb.

Digər oyunda isə son çempion Araz Liman-ı məğlub edib. Növbəti qələbəsini qazanan Naxçıvan klubu turnir cədvəlinin zirvəsinə yüksəlib.

Yüksək Liqa
4-cü tur
12 oktyabr

EKOL - Yasamal İSK 21:4
Qolllar: S. Məstiyev, 0:32, 04:08, 25:16, 27:31, R. Əhmədov, 04:40, 20:35, 31:35, S. Həmzəyev, 07:32, 15:44, F. Ələkbərov, 14:51, F. Atakişiyev, 16:15, 24:10, 29:39, Ə. Ələsgərli, 18:42, 28:08, N. Məmmədkərimov, 21:52, 22:52, 24:26, 29:32, Z. Fərziyev, 25:37, Ə. Abasov, 26:18 - R. Əhmədov, 15:20 (a/q), X. Abbasov, 32:55, 37:55, 39:13.
Hakimlər: Elçin Məmmədov, Hikmət Qafarlı, Fuad Həsənov.
Hakim-inspektor: Vaqif Ayvazov.
Bakı İdman Sarayı. Saat 12:30.

Araz - Liman 8:3
Qollar: İ. Atayev, 09:27, 15:45, A. Həbibov, 11:11, X. Bağırov, 18:03, 32:39, 33:43, R. Çovdarov, 26:58 - H. Fatihzadeh, 23:23, 35:52, Z. Nuruzadə, 27:35.
Hakimlər: Elçin Səmədli, Azad Hüseynov, Kənan Məlikov.
Hakim-inspektor: Azad Mütəllimov.
Bakı İdman Sarayı. Saat 14:30.

Qeyd edək ki, 4-cü turun "Yasamal” FK - "Xəzər Cənub” oyunu isə qeyri-müəyyən vaxta təxirə salınıb.