Futzal üzrə UEFA Çempionlar Liqasında çıxış edən təmsilçimiz Araz bu gün əsas mərhələdə son görüşünü keçirib. 

Offsideplus.az xəbər verir ki, qrupdan çıxmaq şansını itirən təmsilçimiz formal xarakter daşıyan görüşdə Slovakiyanın Lucenec klubu ilə qarşılaşıb və 2:5 hesabı ilə uduzub.

Qeyd edək ki, bundan əvvəlki iki oyunda Vytis-ə (0:1) məğlub olub, Valletta ilə (1:1) heç-heçə edən komandamız 1 xalla qrupu 3-cü pillədə başa vurub.