"Sabah"ın Avropa Kubokunda sonuncu rəqibinin də adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, bu Belçika təmsilçisi "Spirou"dur.

Onlar Təsnifat mərhələsində Portuqaliyanın "Sportinq"nə məğlub olsa da (69:69, 72:79) növbəti mərhələyə vəsiqə qazanıb.

Komandamızın səfər oyunu 9 oktyarbrda, ev qarşılaşması isə 30 oktyabrda baş tutacaq.

Qeyd edək ki, G qrupunda yer alan "Sabah"ın digər rəqibləri Yunanıstanın "Marussi" və İsveçin "Norçepinq Dolfins" klublarıdır.