Futzal üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz Araz bu gün əsas mərhələdə ikinci görüşünü keçirib. 

Offsideplus.az xəbər verir ki, Azərbaycan çempionu Maltanın Valletta komandası ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 17:30-da başlayan matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, komandamız ilk oyunda Litvanın Vytis klubuna 0:1 hesabı ilə uduzub.