"Gəncə" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi ABŞ-dən olan Marqus Gilsonla anlaşıb.

25 yaşlı basketbolçu ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, son mövsümü Gürcüstanda keçirən Marqus Gilson "Kutaisi"nin heyətində ölkə çempionu olub.