UEFA Çempionlar Liqası çərçivəsində sabah ilk oyununa çıxacaq Araz Litva çempionu  Vytis ilə qarşılaşacaq. 

Offsideplus.az xəbər verir ki, artıq oyunu idarə edəcək hakimlər müəyyənləşib. Sportova Hala Arenada başlayacaq görüşü İvan Şabanov idarə edəcək. İkinci hakim almaniyalı Sven Eichler, üçüncü referi isə isveçrəli David Schaerli olacaq
 
Oktyabrın 4-də, eyni məkanda və saatda "Valletta” ilə keçiriləcək matça isə baş hakim kimi Sven Eichler təyinat alıb. Ona ikinci referi kimi türkiyəli Kamil Çetin, üçüncü hakim kimi İvan Şabanov kömək edəcək.