Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin qatılacağı daha bir turnir bəlli olub.

Offsideplus.az xəbər verir ki, yığmamız Qadın Seriyasının Friburq mərhələsində də iştirak edəcək.

Bu, komandamızın seriyada 3-cü sınağı olacaq. Qəbələ mərhələsində mübarizə aparmış millimiz bu həftə Klermon-Ferranda (Fransa) meydana çıxacaq.

İsveçrədəki mərhələdə İspaniya, Niderland, Almaniya, Polşa, ABŞ, Çexiya, İsrail, Rumıniya, İrlandiya yığmaları və Macarıstanın “Qyor” klubunun iştirakı da dəqiqləşib.

Qeyd edək ki, Friburq mərhələsi iyulun 4-5-də keçiriləcək.