Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatında bu gün ikinci oyununa çıxacaq.

Offsideplus.az xəbər verir ki, Elşad Quliyevin komandası İtaliya yığmasını sınağa çəkəcək.

Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

F qrupun digər matçında isə Fransa Belçika ilə qarşılaşacaq.

Avropa çempionatı
F qrupu
19:00. Azərbaycan – İtaliya

Qeyd edək ki, yığmamız ilk oyununda Belçikaya 3:0 hesabı ilə qalib gəlib.