Bosniya və Herseqovinada minifutbol üzrə Avropa çempionatına start verilib.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisi yarışda ilk oyununu bu gün Belçikaya qarşı keçirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.

F qrupun digər matçında isə Fransa İtaliya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Elşad Quliyevin komandası iyunun 3-də İtaliya, ertəsi gün Fransa yığması ilə qarşılaşacaq.

Avropa çempionatı
F qrupu
13:00 Azərbaycan – Belçika