Basketbol üzrə "NTD-İndiqo" komandası heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Xaçmaz təmsilçisi 195 sm boya malik balaca hücumçusu (small forward) mövqeyində çıxış edən ABŞ-li basketbolçu ilə müqavilə imzalayıb.

Eysan Vayli ilə mövsümün sonuna kimi saziş bağlanıb.

25 yaşlı oyunçunun son klubu Danimarkanın “Holbek-Stenhus” olub.