Qadın voleybolçulardan ibarət "Azərreyl" klubu Çelenc kubokunda növbəti mərhələyə vəsiqə qazanıb.

Offsideplus.az xəbər verir ki, komandanın 1/32 finalda rəqibi Ukraynanın "Balta" klubu olub. Bu gün cütün cavab matçı keçirilib. Dünən keçirilən ilk oyunda 3:0 hesabı ilə qələbə qazanmış "Azərreyl" rəqibini yenə eyni hesabla məğlub edib. Bununla da təmsilçimiz hər iki görüşdə rəqibini üstələyərək 1/16 finala vəsiqə qazanıb.

Növbəti mərhələdə "Azərreyl" İspaniyanın "Avarka de Menorka" klubu ilə üz-üzə gələcək. Oyunlar noyabr ayında keçiriləcək.

18 oktyabr

Çelenc kuboku, 1/32 final, 2-ci oyun

"Balta"- "Azərreyl" - 0:3 (23:25, 15:25, 19:25)