Azərbaycanın 17 yaşadək qızlardan ibarət həndbol yığması Kosovonun paytaxtı Priştinada keçirilən "IHF Trophy"də növbəti oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, yığma Bolqarıstan ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 48:25 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 iki gün əvvəl meydan sahibi Kosovoya 8:49 hesabı ilə yenilmişdi.