Qadın həndbolçulardan ibarət Azərbaycan yığma komandası 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Offsideplus.az xəbər verir ki, yığmamız ilk görüşünə səfərdə çıxıb.

Komanda Skopyedə Şimali Makedoniya ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 40:17.

Yığmamız oktyabrın 14-də Bakı İdman Sarayında İspaniya, 2024-cü il fevralın 28-də isə Litva ilə qarşılaşacaq.