MLS-də 33-cü tur başa çatıb.

Offsideplus.az xəbər verir ki, Lionel Messinin formasını geyindiyi "İnter Mayami" "Cincinnati"ni qəbul edib. Bu görüşdə ev sahibləri rəqibinə 0:1 hesabı ilə uduzub. "İnter Mayami" turnir cədvəlində 33 xalla 27-ci pillədədir. "Cincinnati" isə 68 xalla liderdir. Messi meydana 55-ci dəqiqədə daxil olub.

Bundan əvvəlki turda isə "İnter Mayami" "Çikaqo Fayr"a uduzmuşdu(1:4).