Bolqarıstan çempionatında 13-cü turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” səfərdə “Slaviya” (Sofiya) ilə qarşılaşıb.

Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 1:0. Hüseynov meydana start heyətində daxil olub və sona qədər oynayıb. “Arda” 22 xalla 5-ci yerdədir.