Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda mübarizəyə start verib.

Offsideplus.az xəbər verir ki, 1/32 final mərhələsində rəqib İtaliyanın "Jomi Salerno" kollektivi olub.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzindəki ilk qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 19:29

Cavab görüşü sentyabrın 24-də eyni məkanda keçiriləcək.