22 Qrand şlim çempionluğu olan Rafael Nadal ona görə tarixin ən yaxşı tennisçisinin kim olduğunu açıqlayıb.

 Offsideplus.az xəbər verir ki, ispaniyalı "roketka" ustası serbiyalı həmkarı Novak Cokoviçi dünyanın ən yaxşısı hesab edir:

"Digər tennisçilər sizə ilham, zövq verə bilərlər. Bu mənada, hər kəsin düşüncəsi fərqli ola bilər, amma mənə görə dünya tennis tarixinin ən yaxşısı Novak Cokoviçdir".