Qadın voleybolçulardan ibarət millimiz Avropa çempionatında reytinqdə komandamızdan irəlidə olan yığmalara qarşı göstərdiyi uğurlu oyunların nəticəsi olaraq avropa və dünya reytinqində irəliləyib.

Offsideplus.az xəbər verir ki, millimiz dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, avropa reytinqində isə 3 pillə irəliləyən komandamız 23-cü pillədən 20-ci pilləyə yüksəlib.

Bu barədə AVF məlumat yayıb.

Qeyd edək ki, yığmamız Avropa çempionatının qrup mərhələsində uğursuz çıxış edərək  mübarizəni dayandırıb.