Almaniyanın Düsseldorf şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisi bu gün Yunanıstanla üz-üzə gələcək. 

Offsideplus.az xəbər verir ki, Ataman Güneyligilin kollektivi C qrupunun 4-cü matçında Bakı vaxtı ilə saat 19:00-da Yunanıstan yığması ilə qarşılaşacaq.

İlk üç turdan sonra hər iki komandanın hesabında 3 xal olduğundan, növbəti mərhələyə vəsiqə uğrunda gərgin mübarizə yaşanacaq. 

Bu gün qrupun digər qarşılaşmasında ev sahibi Almaniya yığması Çexiyanı (22:00) sınağa çəkəcək.

Qeyd edək ki, qrupun dünən keçirilən oyunlarında Türkiyə Çexiyanı, İsveç isə Almaniyanı 3:1 hesabı ilə məğlub edib.