Voleybol üzrə Avropa çempionatında Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq Azərbaycan millisinin yekun heyəti açıqlanıb.

Offsideplus.az xəbər verir ki, baş məşqçi Ataman Güneyligil "15-liy"i müəyyənləşdirib.

Hücumçular: Polina Rəhimova, Odina Əliyeva, Yelizaveta Ruban, Marqarita Stepanenko, Nikalina Başnakova,

Blokçular: Ayşən Abduləzimova (k), Olena Xarçenko, Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova, Kseniya Pavlenko.

Oyunqurucuları: Kristina Besman, Yana Doroşenko,

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva.

Baş məşqçi: Ataman Güneyligil

Qeyd edək ki, Azərbaycan millisi ilk qarşılaşmasını avqustun 18-də Çexiyaya qarşı keçirəcək. Sentyabrın 3-də başa çatacaq Avropa çempionatına Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edir.