Bakıda keçirilən "Red Bull Half Court" turnirinin qalibləri bəlli olub. 

Offsideplus.az xəbər verir ki, 70 komanda arasından Serbiyada keçiriləcək qlobal finalda ölkəmizi təmsil edəcək milli finalçılar müəyyənləşib. Kişi komandaları arasından “Polukhinski Pereulok”, qadın komandaları arasından isə “Neftçi” bütün mərhələləri uğurla keçərək qalib olub. 

Hər iki komanda sentyabr ayında Serbiyada keçiriləcək və 28 ölkənin iştirak edəcəyi Red Bull Half Court qlobal finalında Azərbaycanı təmsil edəcək.

Azərbaycan Basketbol Federasiyası və Bank VTB Azərbaycanın tərəfdaşlığı ilə keçirilən turnirdə basketbol meydançası rəssam Orxan Qarayevin yaratdığı dizayna uyğun olaraq rənglənərək yenidən bərpa olunub.

Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3x3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır.

 

WhatsApp Image 2023 08 14 at 15.00.12WhatsApp Image 2023 08 14 at 14.59.43