Voleybol üzrə Millətlər Liqasının qalibi müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, ABŞ-nin Arlington şəhərində keçirilən final matçında Türkiyə yığması Çinlə qarşılaşıb.

Yekunda rəqibini 3:1 hesabı ilə məğlub edən Türkiyə millisi çempion olub.

Qeyd edək ki, 2017-ci ildən keçirilən Millətlər Liqasında 3 dəfə ABŞ, 1 dəfə İtaliya və 1 dəfə Türkiyə qalib olub. Buna qədər Türkiyə seçməsi 1 dəfə gümüş, 1 dəfə isə bürünc medal qazanıb.