Polşada təşkil olunan III Avropa Oyunları davam edir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan badmintonçuları Era Məftuha və Keyşa Fatimə Zəhra qadınların qoşa kateqoriyasında ilk görüşünü keçiriblər.

İdmançılarımız D qrupunda İspaniya komandası ilə qarşılaşıb və 0:2 (21:5, 21:17) hesabı ilə uduzublar.