Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının iyunun 1-dən 20-dək Bakıda toplanışı olacaq.

Offsideplus.az xəbər verir ki, millimiz hazırlıq çərçivəsində iyunun 1-də və 3-də Türkiyə yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Hər iki qarşılaşma Su İdman Sarayının çimərlik meydançasında keçiriləçək. Oyunlar saat 17:30-da başlayacaq. Hazırlıq prosesinə dəvət olunmuş futbolçuların siyahısını nəzərinizə çatdırırıq:


Qapıçılar:
Elçin Qasımov
Vaqif Şirinbəyov
Rafiq Kərimov

Oyunçular:
Comərd Baxşəliyev
Elşad Manafov
Orxan Məmmədov
Fuad Hüseynov
Bayram Paşazadə
İsa Zeynallı
Sabir Allahquliyev
Ramil Əliyev
Tural Qurbatov
Emil Həsənzadə
Kamran Qürbətov