Qış fasiləsində "Qarabağ"dan Çinin "Xançjou Qrintaun" klubuna keçən Dino Ndlovu yerli çempionatda növbəti qolunu vurub. 

Offsideplus.az xəbər verir ki, cənubi afrikalı hücumçu birinci liqanın 19-cu turunda ”Zejanq Yitenq”lə oyununda fərqlənib. 51-ci dəqiqədə hesabı açan forvard bununla da qollarının sayını 11-ə yüksəldib. Qarşılaşma isə 2:2 hesabı ilə başa çatıb.

 Qeyd edək ki, Ndlovunun çıxış etdiyi "Xançjou Qrintaun" klubu 19 turdan sonra 33 xalla 2-ci pillədə qərarlaşıb.(qol.az)